23 C
Baku
Saturday, April 20, 2024

“Azərbaycan İnvestisiya Şirkəti”nin rəhbərliyinə təyinat

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AIC) icraçı direktoruna yeni müavin təyin edilib.

Banker.az xəbər verir ki, bu sabiq bank sədrinin müavini Yasin Cəlilovdur.

Y.Cəlilov bu vəzifəyə 2022-ci ilin fevralından başlayıb.

Bildirək ki, hazırda AIC-ə Ülvi Mansurov rəhbərlik edir. Onun müavinləri isə Murad Abdullayev və Ziya Kəngərli idi.

Y.Cəlilov peşəkar fəaliyyətinə 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının Sənədli əməliyyatlar şöbəsində aparıcı mütəxəssis kimi başlayıb. O, qazandığı təcrübə sayəsində 2006-cı ildə daha məsul vəzifəyə təyin olunmaqla fəaliyyətini Korporativ biznes departamentinin direktor müavini – Ticarətin və layihələrin maliyyələşdirilməsi şöbəsinin müdiri kimi davam etdirib. 2011-2018-ci illər ərzində Korporativ biznes departamentinin direktoru vəzifəsində çalışıb.

2019-cu ilin fevralından başlayaraq Yasin Cəlilov “Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinə üzv seçilmişdi.

Y.Cəlilov sənədli əməliyyatlar sahəsində 25 illik təcrübəyə malikdir və qazandığı təcrübə sayəsində bir çox respublikadaxili və xarici ticarət layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etməklə öz töhfəsini verib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər