1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan iqtisadiyyatı son 18 ildə 3.4 dəfə böyüyüb

2004-2021-ci illər ərzində, Azərbaycan iqtisadiyyatı 3.4 dəfə böyüyüb.

Bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

“Bu illər ərzində sənaye istehsalı 3.7 dəfə, kənd təsərrüfatı istehsalı 2 dəfə, ixrac 9.2 dəfə, o cümlədən qeyri-neft ixracı 7.3 dəfə, valyuta ehtiyatlarımız 33 dəfədən çox, xarici ticarət dövriyyəmiz isə 6.8 dəfə artıb. Azərbaycanın yeni strateji inkişaf mərhələsində iqtisadiyyatın innovasiyayönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi ilə bu ilin 10 ayında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 46 milyard ABŞ dollarından artıq olub, 23 milyard ABŞ dollarından çox müsbət saldo formalaşıb”, – o deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər