-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda kreditlərdən istifadə azalıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda bank kreditlərinin xüsusi çəkisi azalaraq 6,1%-ə enib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz bəndi azdır.

Rəsmi statistikaya əsasən, 2020-ci ilin yanvar-avqust ayları ərzində əsas kapitala yönəldilən bank kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21,2% azalaraq 534,3 mln. manat təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında ölkәnin iqtisadi vә sosial sahәlәrinin inkişafı üçün bütün maliyyә mәnbәlәrindәn әsas kapitala 8682,4 milyon manat vә ya әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 0,7% çox vәsait yönәldilib. Әsas kapitala yönәldilmiş sәrmayәdә müәssisә vә tәşkilatların vәsaitlәri 5154,5 milyon manat, büdcә vәsaitlәri 1972,7 milyon manat, bank kreditlәri 534,3 milyon manat, әhalinin şәxsi vәsaitlәri 500,3 milyon manat, sair vәsaitlәr 345,4 milyon manat, büdcәdәnkәnar dövlәt fondlarının vәsaitlәri 175,2 milyon manat tәşkil edib.

Son xəbərlər
Digər xəbərlər