10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan iqtisadiyyatına özəl banklar tərəfindən kredit qoyuluşları nə qədər olub?

Azərbaycanda 2020-ci ilin avqust ayının 1-nə  iqtisadiyyata özəl banklar tərəfindən kredit qoyuluşları 11 600,4 milyon manat təşkil edib ki, bu iyulun 1-i ilə müqayisədə 16.2 milyon manat çoxdur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat açıqlayıb.

Bildilir ki, özəl bankların iqtisadiyyata ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 79.5% təşkil edir. Xarici kapitallı özəl banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşları 3229,4 milyon manat olub. Bu tip kredit qoyuluşlarının ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 22,1%  təşkil edib.

Mərkəzi Bank qeyri- bank təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcminin 380.9 milyon manat olduğunu açıqlayıb. BOKT-ların ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 2,6 % olub.

 

Son xəbərlər
Digər xəbərlər