2020-ci ilin yanvar-avqust aylarında ölkədə 45 milyard 962.5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə Banker.az Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu isə ölkə iqtisadiyyatında illik müqayisənin 3% geriləmə (resessiya) olması anlamına gəlir.
Aylar üzrə baxdıqda 2020-ci ilin ÜDM-sində ən aşağı göstərici aprel, avqust və may aylarında qeydə alınıb. Avqust özündən öncəki ayla müqayisədə nisbətən azalsa da, qeyd edilən ayların göstəricisindən yaxşı olub. (ətraflı şkalada)
İqtisadiyyat Nazirliyinin (İN) 2021-ci illə bağlı erkən proqnozuna əsaslansaq ölkədə neftin qiymətinin ən yaxşı halında, yəni, neftin bir barelinin qiyməti qlobal bazarda 45 dollar olsa belə ölkəmizdə 2.4 faizlik ressesiya qaçılmazdır. Ölkəmiz üçün İN-nin ən pis ssenarisi isə xam neftin bir barelinin 35 dollarda ticarətidir. Əgər bu mümkün olarsa ölkəmizdə 4.3 faizlik resessiya olacağı proqnoz edilir.
İlin ilk səkkiz ayında iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1.7%, neft-qaz sektorunda isə 4,9% azalmışdır.
ÜDM istehsalının 35.2%-i sənaye, 11.2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 7.2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6.1%-i tikinti, 2%-i informasiya və rabitə, 1.3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 4 611.7 manata bərabər olmuşdur.
İN 2021-ci il üçün proqnozunda qeyd edib ki, gələn il üçün ən pis ssenari də belə ölkə iqtisadiyyatı 3% böyüyəcək.