2020-ci ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5956,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Dövlət Stastika Komitəsinin 2020-ci ilin yanvar-iyun ayları üçün açıqladığı məlumata əsasən, ən çox kapital yönəldilən sahələrin bəzilərində kəskin artım, bəzilərində isə azalma olub.
Belə ki, ən çox artım olan sahələr bunlar olub: peşə, elmi və texniki fəaliyyət (6,3 dəfə) maliyyə və sığorta fəaliyyəti (3 dəfə), istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət üzrə (25%) olub.
2020-ci ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,3 faizi sənaye, 21,3%- tikinti, 11,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i informasiya və rabitə, 1,2%-i təhsil, 0,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,5% olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,3% olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,2%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilmişdir.