Bu ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 149 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə geriləyərək 92.18 MB/S sürətlə 84-cu yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Əfqanıstan tutub. Azərbaycan mobil internetin sürətinə görə may ayına nisbətən iyunda 5 pillə irəliləyərək 98.61 MB/S sürətlə 98 ölkə arasında 46-cı olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Boliviya tutub.







