27 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan “Kaan”la maraqlanır

Qardaş ölkələr, o cümlədən Azərbaycan “Kaan”la maraqlanır.

Bunu Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil “TRT Haber”ə müsahibəsində deyib.

“Əlbəttə, satış məsələsi ilə bağlı danışa bilmərəm. Bu, dövlətin məşğul olduğu işdir. Amma “Kaan” ciddi texnikadır”, – o bildirib.

T.Kotil, həmçinin qeyd edib ki, “Kaan” qardaş ölkələr üçün əhəmiyyətlidir.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-22 və F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Xatırladaq ki, Rusiya “Kaan”ın birgə istehsalı ilə bağlı Türkiyəyə əməkdaşlıq təklif edib. Həmçinin, Ukrayna da bu qırıcılarla bağlı əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kaan”ın 2028-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olunacağını deyib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər