15 C
Baku
Saturday, April 20, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “Azərbaycan Kredit Bankı”nın bu əmlakları satışa çıxarıldı

“Azərbaycan Kredit Bankı”nın bu əmlakları satışa çıxarıldı

0
“Azərbaycan Kredit Bankı”nın bu əmlakları satışa çıxarıldı

Ləğv prosesindəki “Azərbaycan Kredit Bankı” ASC-nin mülkiyyətində olan əmlakların razılaşdırılmış qiymətə satışı həyata keçirilir. Banker.az bu barədə ictimayətə açıqlanan məlumata istinadən xəbər verir.

Məlumata görə, 7 daşınan/daşınmaz əmlakı və digər avadanlıqların (ofis mebeli, kompüter, printer və telefon aparatları) satışı həyata keçirləcəkdir. Bura aşağıdakılar daxildir:

1. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsindəki 58 nömrəli binada yerləşən 206 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi.

2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nərimanov küçəsi ev 26, mənzil 10, (ümumi sahəsi 75,2 kv.m. 3 otaqlı mənzil).

3. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 33, mənzil 22, (30,0 kv.m. ümumi sahədən ibarət 2 otaqlı mənzil).

4. Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsindəki 51 nömrəli binanın yarımzirzəmisində yerləşən 525,63 kv.m. qeyri-yaşayış sahəsi.

5. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, ev 12, mənzil 4, ( 59,3 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzil).

6. Quba şəhəri, Hikmət Hüseynov küçəsi 44 nömrəli ünvandakı 0,03202 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi.

7. Xüsusi təyinatlı, zirehli, buraxılış ili 2006-cı il olan “VOLKSWAGEN DISA 29612” markalı puldaşıyan avtomaşın.

Qeyd edə ki, müraciət etmək istəyənlər aşağıda qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilər.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 167A (111), Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvedicisi.

Telefon: (012) 598- 24- 24, daxili: 1027; 1095; 1096.