26 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan Mərkəzi Bankı Blockchain texnalogiyası ilə bağlı saziş imzalayıb

: Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”inin prioritetlərindən biri olan rəqəmsal bankçılığın genişləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər davamlı olaraq həyata keçirilməkdədir.

Azərbaycan Respublikası Mərkəzi Bankında Blockchain əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması və müvafiq ekspert xidmətinin cəlb edilməsi ilə bağlı dünyada bu sahədə qabaqcıl təcrübəyə malik olan IBM East Europe/Asia Ltd şirkəti ilə satınalma müqaviləsi bağlanmışdır. Müqavilə ilə müəyyən olunan fəaliyyət istiqamətlərini əhatə edən detallı fəaliyyət planı hazırlanmış və plan üzrə işlərin realizasiyasına start verilmişdir. Bu sahədə aparılan işlərin davamı olaraq, Mərkəzi Bankda icraçı IBM East Europe/Asia Ltd şirkətinin ekspertlərinin, bir sıra kredit təşkilatlarının, Maliyyə Bazarlarına Nəzarət Palatasının və əlaqədar dövlət qurumlarının iştirakı ilə 11-12 sentyabr 2018-ci il tarixlərində müvafiq görüşlər keçirilmişdir.

Görüşlər zamanı “Blockchain” texnologiyası və bu sahədə qabaqcıl təcrübələr ilə bağlı ümumi məlumat verilmiş, “Rəqəmsal hökumətin və elektron cəmiyyətin əsasını təşkil edən rəqəmsal identifikasiya”, “Rəqəmsal identifikasiyanın tətbiq sahələri”, “Öz müştərini tanı siyasəti” mövzularında müvafiq təqdimatlar nümayiş etdirilmiş və iştirakçı qurumlarla geniş fikir mübadiləsi aparılmışdır.

Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı fəaliyyət əlaqədar təşkilatlarla davam etdiriləcəkdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər