Azərbaycan Mərkəzi Bankı 2 şirkətlə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, həmin şirkətlər “GT Solyuşnz” MMC və “Ultra Technologies” MMC-dir.
“GT Solyuşnz” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan Menecment informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi və dəstəklənməsi üzrə xidmətin satın alınması və Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan Elektron xidmətlər portalının proqram platformasının dəstəklənməsi üzrə xidmətin satın alınması nəzərdə tutulur. Müqavilələrin məbləği müvafiq olaraq 661 980 manat və 501 500 manatdır.
“Ultra Technologies” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün kompüter, printer, şəbəkə və digər ofis avadanlıqlarının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 893 783 manatdır.