15 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan Mərkəzi Bankı İT şirkətinə sifariş verdi

Azərbaycan Mərkəzi Bankı “Unisell” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankında istifadə olunan server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 103438.8 manatdır.

Qeyd edək ki, “Unisell” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi isə Elnur Qasımovdur.

Şirkət İT avadanlıqlarının, noutbukların, kompüterlərin, printerlərin, şəbəkə avadanlıqlarının, aksesuarların (siçan, klaviatura, çantalar, flaş kartlar və s.) Satışı, kartriclərin və onların hissələrinin satışı və yanacaq doldurulması ilə məşğuldur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər