Azərbaycanın dövlət büdcəsinin 3 milyard 796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur.
Məlumata görə. həmin vəsaitin mənbəyi aşağıdakı kimidir:
– əlavə qeyri-neft gəlirləri – 1,3 milyard manat;
– əlavə neft gəlirləri – 605 milyon manat;
– Azərbaycan Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmalar – 250 milyon manat;
– “Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”nun (məqsədli büdcə fondu) gəlirləri – 25 milyon manat;
– dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü – 851,8 milyon manat;
– dövlət büdcəsinin kəsirinin böyüdülməsi – 764,3 milyon manat;