19 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirdi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə qədər azaldılması barədə qərar qəbul edib.

Banker.az xəbər verir ki, bunu Baş bankir Elman Rüstəmov bugünkü konfransda deyib.

Bildirək ki, qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi.

Sonuncu dəyişiklik qərarı isə 2018-ci ilin 30 noyabr tarixində qəbul edilib. Qərara əsasən uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdı.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər