10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Mərkəzi Bankı yerli banklardan 60 mln. manatlıq pul cəlb etdi

12 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) AZ2013024701 və dövlət qeydiyyat nömrəli hər birinin 30 milyon manat həcm dəyəri olan 28 gün qısamüddətli və 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirlib.  Bu barədə Banker.az-a BFB-dən bildirilir.

28 günlük. Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 99.6899 (4%) və 99.744 (3.3%) olan 15 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53,516,600 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.6899 (4%) və orta ölçülmüş qiyməti 99.7067 (3.78%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 09.11.2022-ci ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

84 günlük. Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 98.9609 (4.5%) və 99.0753 (4%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60,161,600 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.9838 (4.4%) və orta ölçülmüş qiyməti  99.0046 (4.31%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 04.01.2023-cü ildir.

Son xəbərlər
Digər xəbərlər