Bu ilin ilk iki ayında SOCAR-ın kommersiya strukturları xaricdə 72,5 min tondan çox metanol satıb. İctimaiyyətə məlum olmayan səbəblərdən bu məhsulların ixrac qiymətləri dünya qiymətlərindən dəfələrlə aşağıdır.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 72 579.3 ton metanolun (metil spirti) satışından 7 milyon 257.9 min ABŞ dolları əldə edilib, yəni bir ton məhsul 100 dollar qiymətə xaricə satılıb. Rusiya mənbələrinə görə, bu ölkənin müəssisələri başlanğıc qiymətini 1 ton üçün 240 dollara təklif edirlər.
©️Turan