7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan “Microsoft”a lisenziyaların qiymətini aşağı salınmasını təklif edəcək

Azərbaycan “Microsoft” şirkətinə dövlət qurumları üçün lisenziyaların nisbətən daha ucuz qiymətə verilməsini təklif edə bilər.

Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün XRİTDX-nın təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

“Danışıqlar müsbət olmasa biz “Linux” üzərində qurulan əməliyyat sistemlərinə keçid edə bilərik”, – T. Məmmədov bildirib.

Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları sahəsində ən əsas xərclərdən biri lisenziyaların alınmasıdır: “Əsasən “Windows” əməliyyat sisteminin istifadəsi üçün alınan korporativ lisenziyaların qiyməti yüksəkdir:

Dövlət qurumları bu sahədə xərcləri azaltmağa çalışır. Büdcəsi məhdud olan qurumlar üçün bu böyük bir problemdir”.

Qeyd edək ki, “Linux” üzərində qurulan əməliyyat sistemlərindən istifadə üçün icazə tələb olunmur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər