Bu ilin yanvar-mart ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 223,2 mln. manat təşkil edib. Bu barədə “Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 40,8%-ni təşkil edib.
Komitədən həmçinin bildirilib ki, bu ilin birinci rübündə informasiya və rabitə müəssisələri tərəfindən 546,6 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 71,7%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 17,9% artıb. Bu sahədə əldə olunan gəlirin 79,8%-i qeyri-dövlət sektorunun payına düşüb.
©APA