Azərbaycan neftinin qiyməti yenidən 44 dolları ötüb.
Banker.az-ın xəbərinə görə, “Azeri Light”ın bir bareli 1.1 dollar, yəni, 2.53% bahalaşmaqla 44.51 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin son bir ayda maksimumu noyabrın 11-də qeydə alınıb. Həmin gün xam neftinimizin bir bareli 44.77 dollar təşkil edirdi.