18 C
Baku
Monday, April 29, 2024

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda səfərdə olub

İqtisadiyyat, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri və sahibkarlardan ibarət Azərbaycan nümayəndə heyəti Qırğız Respublikasına səfər edib.

Qırğız Respublikasının investisiya naziri vəzifəsini icra edən Nuradil Bayasovla görüşdə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov işğaldan azad olunmuş ərazilərimizin investisiya potensialı barədə məlumat verib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Kanat Abdrahmanovla görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub.

Bişkekə səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Qırğız Respublikasının Prezidenti Administrasiyasının Siyasi və iqtisadi araşdırmalar şöbəsinin müdiri Almaz İsanov, Qırğız Respublikasının kənd təsərrüfatı nazirinin müavini Azamat Mukaşev, rəqəmsal inkişaf nazirinin müavini Aynura Tuybayeva, energetika nazirinin müavini Tilek Aytaliyev və digərləri ilə keçirdiyi görüşlərdə iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Hər iki ölkənin rəsmi şəxslərinin və biznes dairələrinin iştirak etdiyi işgüzar görüşdə Azərbaycanın və Qırğızıstanın ticarət, investisiya və turizm potensialına dair təqdimatlar keçirilib. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev, Azərbaycanın Qırğızıstanda səfiri Lətif Qəndilov, Qırğızıstanın Azərbaycanda səfiri Kayrat Osmonaliyev və digərləri iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişaf istiqamətləri barədə çıxış ediblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Bişkek” Xüsusi İqtisadi Zonası ilə tanış olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər