Azərbaycan “Oracle” və “Lummus Technology” şirkətləri ilə sənədlər imzalayıb

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və “Oracle” şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Lummus Technology” şirkəti arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“İqtisadiyyat Nazirliyi və “Oracle” arasında imzalanmış Memorandum ölkəmizdə rəqəmsal infrastrukturun yaradılmasını, müasir texnologiyaların tətbiqini, texnologiya transferi sahəsində fəal əməkdaşlığı təmin edəcək. SOCAR və “Lummus Technology” arasında imzalanmış Saziş isə səmərəli həllər və sənaye texnologiyalarının tətbiqi istiqamətində işbirliyini əhatə edir”, – deyə o qeyd edib.

4 1

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər