16 C
Baku
Monday, May 6, 2024

Azərbaycan ötən il türkdilli ölkələrlə $9 mlrd. dəyərində ticarət edib

2023-cü ildə Azərbaycanla Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9 milyard ABŞ dolları təşkil edib.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

“Türkdilli ölkələr arasında əsas ticarətimiz Türkiyə ilə olub”, – deyə o qeyd edib.

“2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası TDT adı ilə fəaliyyətini davam etdirir. Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi statusunda dövlətlər isə Türkmənistan, Macarıstan və Şimali Kiprdir.

“Ticarətin asanlaşdırılması üzrə Strategiya sənədi TDT çərçivəsində ticarət əlaqələrinin inkişafına və biznes mühitinə müsbət təsir göstərəcək. Sənədin icrası ilə bağlı tədbirlər planının hazırlanması məqsədilə bir sıra istiqamətlər müəyyən edilib. Bunlar, regional ticarət sazişlərinin təşviqi; ticarətin asanlaşdırılması fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi; ticarət əməliyyatlarının rəqəmsallaşdırılmasıdır. TDT çərçivəsində fəaliyyət, cari mühit və gələcək çağırışlar ölkə üçün olduqca əhəmiyyətlidir”, -deyə nazir müavini əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər