5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan plastik kartlarla bağlı mühüm dəyişikliyə hazırlaşır – Qaydalar dəyişir

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkədə təmassız ödənişlərin genişləndirilməsinə dair ödəniş kartların emissiya və istifadə qaydalarına dəyişikliklər layihəsini irəli sürüb. Bunu MBNP-nin Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda sənəd aidiyyəti dövlət qurumları ilə müzakirə olunur.

“Yeni layihə rəqəmsal ödənişlərdə biometrik eyniləşdirmə üsullarının tətbiqi ilə yanaşı, təmassız ödənişlər texnologiyasının əhatə dairəsinin genişləndirilməsinə imkan yaradacaq. Yəni, təmassız ödənişlərin ödəniş terminalları infrastrukturu üzərindən aparılması imkanı da bu qaydalarda aparılacaq dəyişikliklər əsasında mümkün olacaq”, – deyə T. Rüstəmov qeyd edib.

Ölkənin nəqliyyat sistemində təmassız ödənişlərin qəbuluna toxunan Palata rəsmisi bildirib ki, ictimai nəqliyyatda bu texnologiyanın tətbiqi Bakı Nəqliyyat Agentliyi ilə müzakirələr əsasında müəyyən olunacaq.

“Qeyd edim ki, nəqliyyat sistemində rəqəmsal ödənişlərin tətbiqi, ödəniş kartları ilə əməliyyatların aparılması “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda qeyd olunan tədbirlərdən biridir”, – deyə T. Rüstəmov bildirib.

APA

Son xəbərlər
Digər xəbərlər