17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycan qaz ixracını 23% artırıb

Bu ilin 8 ayı üzrə operativ məlumatlara görə, hasil edilmiş 21.8 mln. ton neftin 17.6 mln. tonu ixraca nəql edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə 9.7% artımla hasil edilmiş 30.6 mlrd.m3 qazın 14.4 mlrd.m3-i ixrac olunub.

Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində məlumat verib.

Nazir qeyd edib ki, operativ məlumatlara əsasən, cari ilin 8 ayı ərzində Avropaya 7.3 mlrd.m3, Türkiyəyə 5.4 mlrd.m3, Gürcüstana isə 1.7 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 23% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər