Azərbaycan Qazaxıstana Bakı-Supsa ilə neft nəqlini təklif edir

Azərbaycan Qazaxıstana Bakı-Supsa boru kəməri ilə neft nəqlini təklif edir. Bu barədə Qazaxıstanın baş nazirinin müavini – ticarət və inteqrasiya naziri Serik Jumanqarin məlumat verib.

“Bakı digər marşrutlar (Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başqa – İF) da təklif edir, misal üçün Bakı-Supsa. Hazırda biz tərəfdən neft kəmərinin texniki xüsiyyətlərinin hesablamaları aparılır”, – Jumanqarin çərşənbə axşamı jurnalistlərə bildirib.

O xatırladıb ki, 2023-cü ildə Qazaxıstanla Azərbaycan arasında BTC ilə 1.5 milyon ton neftin nəqlinə dair razılıq əldə olunub.

Bakı-Supsa boru kəməri Xəzər neftinin Bakı yaxınlığında Xəzər dənizindəki Səngəçal terminalından Qara dənizin sahilində yerləşən Gürcüstanın Supsa limanına nəqli üçün nəzərdə tutulur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər