22 C
Baku
Friday, April 19, 2024

Azərbaycan qeyri-neft ixracını 39 %-dək artırıb

2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Qurumun hazırladığı “İxrac icmalı”nın may sayına əsasən, qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 268,6 milyon ABŞ dolları və ya 38,5 % artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3 %, pambıq iplik ixracı 19,8 %, pambıq lifi ixracı isə 6,8 % artıb.

2022-ci ilin aprel ayı üzrə ixrac 3,8 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 22 % təşkil etməklə 238,3 milyon ABŞ dolları olub. 2022-ci ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2 % artaraq 51,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 27,2 % artaraq 186,9 milyon ABŞ dolları təşkil edib

 

 

Son xəbərlər
Digər xəbərlər