7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.

Banker.azın verdiyi məlumata görə, Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma“ MMC-də müxtəlif vəzifələrdə çalışıb.

2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.

Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. Məmmədov 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.

 

Son xəbərlər
Digər xəbərlər