6 C
Baku
Monday, December 16, 2024

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13% artıb

Rusiya 2023/24 maliyyə ilində Hindistan üçün əsas neft ixracatçısı olaraq OPEK və Yaxın Şərq neft ixracatçılarını geridə qoyub.

Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra Rusiyaya qarşı Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar və neft idxalından imtinası Hindistana ucuz neft idxal etmək imkanı yaradıb. Sanksiyaların yaratdığı bəzi çətinliklərə baxmayaraq Hindistan Rusiya neftini almağa davam edir.

Hindistanın 31 marta qədər idxal etdiyi 4.7 milyon barel neftin 35 faizi Rusiyanın payına düşüb. Halbuki bu göstərici bir il əvvəl 22 faiz olub. Hindistan ötən bir il ərzində Rusiyadan sutkada 1.64 milyon barel neft alıb ki, bu da ötən maliyyə ilindən 57 faiz çoxdur.

Bu vəziyyət MDB üzvü olan Rusiya, Azərbaycan və Qazaxıstanın Hindistanın idxalındakı paylarını 26 faizdən 39 faizə yüksəldib. Hindistanın Yaxın Şərqdən neft idxalı isə 55 faizdən 46 faizə düşüb.

ABŞ-ın sanksiyaları gücləndirməsi nəticəsində Rusiya neftini Asiya bazarlarında satmaq üçün yeni neft treyderləri meydana çıxıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər