15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan Rusiyadan üçüncü növ buğda idxal edən ölkələr sırasında üçüncü yerdədir

“Rusiya iyul-sentyabr ayları ərzində rekord həddə üçüncü növ buğda ixrac edib”.

Report agentliyi xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda Rusiyanın Kənd Təsərrüfatı Bazarı üzrə Araşdırmalar İnstitutunun baş direktoru Dimitri Rılko bildirib.

O deyib ki, Rusiyadan idxal edən ölkələr arasında siyahıya Türkiyə liderlik edir və daha sonra isə ikinci yerdə Misir, üçüncü yerdə Azərbaycan, İsrail, Gürcüstan qərarlaşıb”.

Bu ilin yanvar-sentyabr aylarında ölkəyə 1 milyon 112 min 878 ton buğda gətirilib. Hesabat dövründə idxal edilən buğdanın dəyəri 240 milyon 747 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 151 milyon 427 min dollarlıq 829 min 249 ton buğda idxal edilib.

Son xəbərlər
Digər xəbərlər