15 C
Baku
Monday, May 6, 2024

Azərbaycan səfiri Təbrizə gedəcək

Fevralın 19-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Təbriz şəhərinə səfər edəcək.

“Farsnews” xəbər verir ki, o, Təbrizdəki siyasi xadimlər və sahibkarlarla görüşəcək.

Səfər çərçivəsində səfir İranın ali liderinin Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi, vilayətin başçısı, habelə Təbrizin ticarət-sənaye, dağ-mədən və kənd təsərrüfatı palatasının nümayəndə heyəti ilə görüşərək ticari-iqtisadi əməkdaşlığın inkişafı məsələrini müzakirə edəcəklər.

Qeyd olunub ki, görüşlərin gündəliyində vilayət başçısının Azərbaycana ziyarətinin razılaşdırılması, həmçinin Azərbaycanın yüksəkvəzifəli şəxslərinin Təbrizə səfərinin planlaşdırılması mövcuddur.

Xatırladaq ki, Təbriz əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarətdir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər