9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Sənaye Bankı” kiçilib, mənfəəti 21% azalıb

“Azərbaycan Sənaye Bankı” 2024-cü ilin 1-ci rübünü 835 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 1 milyon 63 manat olub ki, bu da illik müqayisədə mənfəətin 21.4% azalması deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-mart aylarında ASB-nin gəlirləri 12 milyon 6 min manat, xərcləri 10 milyon 896 min manat təşkil edib. 2023-cü ilin eyni dövründə gəlirlər 9 milyon 877 min manat, xərclər isə 8 milyon 861 min manat olub.

Bu ilin aprel ayının 1-nə ASB-nin aktivləri 739 milyon 35 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 1.4% azdır. Bunun 251 milyon 302 min manatı müştərilərə verilən kreditlərdir. Belə ki, bankın kredit portfeli 2% azalıb.

Son xəbərlər
Digər xəbərlər