8 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Sənaye Bankı”nın mənfəəti 5 dəfədən çox azalıb

“Azərbaycan Sənaye Bankı” 2021-ci ilin 1-ci rübünü 416 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 2 milyon 236 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 5.4 dəfə azalması deməkdir.

Banker.az bu barədə bankın 1-ci rüb hesabatına istinadən xəbər verir.

Bu ilin 1-ci rübünə ASB-nin gəlirləri 8 799 milyon manat (illik müqayisədə 5% az), xərcləri 8 127 milyon manat (12.3 % çox) təşkil edib.

2021-ci ilin aprelin 1-nə ASB-nin aktivləri 889 274 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2.4% azdır. Bunun  249 milyon 125 min manatı müştərilərə verilən kreditlərdir.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252 %-i “Abadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0,5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

mf akk oh kp0

 

Son xəbərlər
Digər xəbərlər