“ASK Şüşə” MMC nizamnamə kapitalını azaldaraq 31.305.541,51 Azərbaycan manatı müəyyən edir.
Banker.az xəbər verir ki, buna qədər şirkətin nizamnamə kapitalı 35 427 663.51 manat idi.
“ASK Şüşə” MMC-nin bütün kreditorları 30 gün müddətində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 35, məhəllə 1033 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilib. Müəssisə 22 ha ərazidə yerləşir, İtaliya və Çexiya istehsalı olan avadanlıqlarla təchiz edilib. Müəssisənin əsas fəaliyyət sahəsini şüşə tara məhsullarının istehsalı təşkil edir.