9 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Sənaye Sığorta” nizamnamə kapitalını 35% artırır

“Azərbaycan Sənaye Sığorta” şirkəti nizamnamə kapitalını 34,8% – 11 mln. manata qədər artırmağı planlaşdırır. Bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nizamnamə kapitalının artırılması şirkətin səhm nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Bir səhmin nominal dəyəri 1632 manatdan 2200 manata qədər artır.

Şirkətin nizamnamə kapitalı 5 min ədəd səhmə bölünüb.

Bu həftə QKDK “Azərbaycan Sənaye Sığorta” şirkətinin səhmlərinin emissiya prospektini nominalın dəyişməsi nəzərə alınmaqla qeydiyyata alıb.

Hazırda şirkətin nizamnamə kapitalı 8 mln. 160 min manata bərabərdir.

“Azərbaycan Sənaye Sığorta” şirkəti “Azersun Holding” şirkətlər qrupuna daxildir. Səhmdarları 2 hüquqi şəxs – “Azərbaycan Sənaye Bankı” və “Anadolu Investment Company” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər