“Azersun Holding”ə yaxın olan maliyyə təşkilatı “Azərbaycan Sənaye Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının qərarına əsasən Elgiz Həmzəyev Çingiz oğlu İdarə Heyətinin üzvü seçilib.
Xatırladaq ki, ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Sığorta şirkətinin 11 milyon manat nizamnamə kapitalı olmaqla, səhmlərin 95%-i “Anadolu Investment Company” MMC-yə və 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.