9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan sığorta bazarı 16% böyüyüb

2024-cü ilin yanvar-aprel ayında Azərbaycanda sığorta yığımlarının həcmi 542 milyon 841 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 209 milyon 555 min manat olub ki, bu da 56% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 467 milyon 530 min manat, sığorta ödənişlərinin həcmi isə 134 milyon 602 min manat olub.

Son xəbərlər
Digər xəbərlər