“Kənd” MMC nizamnamə kapitalını kəskin azaldır.
Banker.az xəbər verir ki, Ağdaş rayonunda fəaliyyət göstərən “Kənd” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalının azaldıldığını elan edib.
Cəmiyyət nizamnamə kapitalını 2 781 000 manatdan 100 manata endirir.
Bildirilib ki, kreditorlar öz tələblərini bir ay ərzində Ağdaş rayonu, Xosrov kəndi ünvanına təqdim edə bilərlər. Şirkətin qanuni təmsilçisi isə Elnur İbrəhimov Zakir oğludur.







