10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan startapı Çində şirkət kimi qeydiyyatdan keçib

Azərbaycanın “Horizon Next” startapı Çində şirkət qismində qeydiyyatdan keçib. Bunu startapın rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, Çin dövləti tərəfindən şirkətin istifadəsinə 5 illik müddətə yer ayrılıb, icra olunacaq layihəyə isə 15 min dollaradək qrant ayrılacaq.

“Söhbət görmə məhdudiyyətli və tamamilə görmə qabiliyyətini itirmiş uşaqlar üçün “Braille Teach” adlı qurğunun istehsalından gedir. Bu qurğuların müəyyən hissələri Azərbaycanda, elektronika hissəsi isə Çində istehsal olunacaq. Artıq İngiltərədən toplam olaraq 50 min ədəd “Braille Teach” qurğularının sifarişini almışıq. İyun-iyul aylarında sınaq nüsxələri bu ölkəyə göndəriləcək. Sentyabr ayında isə növbəti partiya yola salınacaq”, – deyə R. Əliyev bildirib.
Sözügedən qurğuların ABŞ, Ukrayna, Almaniya, Tacikistan, Qazaxıstan, Hindistan və eləcədə Çin bazarına ixracı gözlənilir. Qurğu qeyd olunan ölkələrin rəsmi dillərinə lokallaşdırılacaq.

ONA

Son xəbərlər
Digər xəbərlər