“BMT-nin 4 qətnaməsinin icra edilməsi beynəxlalq təşkilatların birbaşa vəzifəsidir”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqları beynəlxalq qanunlara uyğun olaraq azad edilir:
“Bəzi dövlət başçıları elə münasibət göstərirlər ki, onların bəyanatları sülhün yox, vəziyyətin gərginləşdirilməsini istəyir. Söhbət Fransa prezidenti Makronun bəyanatından gedir. Makron deyir ki, Qarabağın yenidən “ələ keçirilməsini” qəbul etməyəcəyik. Bu nə deməkdir? Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızın azad olunması bizim haqqımızdır. ATƏT-in Mins qrupunun tərkibi dəyişdirilməlidir. Hesab edirəm ki, bu dar gündə ölkəmziə belə bir münasibət göstərildiyi halda Fransa-Azərbaycan münasibətlərinə yenidən baxılmalıdır”.