8 C
Baku
Friday, March 29, 2024

Azərbaycan TRACECA-ya dəstək verəcək

Azərbaycan infrastrukturun inkişafı, nəqliyyat marşrutlarının diversifikasiyası və rasional istifadəsində maraqlıdır.

Banker.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat Sahəsinin İnkişafı şöbəsinin müdiri Vasif Əmiraslanov Azərbaycanda beynəlxalq avtomobil daşınmalarının perspektiv inkişafına həsr olunmuş konfransda bildirib. Qeyd edib ki, bu istiqamətdə ölkə normativ aktların inkişafında da maraqlıdır.

Vasif Əmiraslanov xatırladıb ki, Azərbaycan bir sıra nəqliyyat layihələrinin və dəhlizlərinin iştirakçısıdır.

Şöbə müdiri onu da əlavə edib ki, Azərbaycan tərəfi gömrük prosedurlarının və tarif siyasətinin sadələşdirilməsi istiqamətində öz səylərini əsirgəməyərək bu sahədə TRACECA-ya dəstək verəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər