8 C
Baku
Friday, March 29, 2024

Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri Bakıda üçtərəfli iclas keçirəcək

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli iclası keçiriləcək.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilir ki, üçtərəfli iclas sabah baş tutacaq.

Sabah keçiriləcək iclasda regional əlaqələrin gücləndirilməsi hədəf kimi qarşıya qoyulub.

Bu çərçivədə iclasda Şərq-Qərb Nəqliyyat Dəhlizinin potensialının daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər