8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Türkmənistan qazını idxal etməyə başlayıb

Azərbaycan 2022-ci ilin ilk dörd ayında xaricdən 218.06 milyon kub metr həcmində təbii qaz idxal edib. İdxal edilmiş təbii qazın dəyəri isə 14.65 milyon ABŞ dolları olub. Bu barədə Banker.az rəsmi statistikaya istinad edir.

Azərbaycan Türkmənistandan svop qazın alışına başlayıb. 2022-ci ilin yanvar-aprel ayları ərzində idxal edilmiş təbii qazın böyük hissəsi Türkmənistanın payına düşüb. Çünkü, Azərbaycan apreldə 151.97 milyon kub-metrini Türkəminstandan alıb. Bu qazın idxal dəyəri isə 12.16 milyon dollar olub.

Ötən ilin noyabrında Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında imzalanan qaz mübadiləsinə dair üçtərəfli müqavilə (SWAP) başlanmasına dair razılığa gəlindi. Burada svop qaz dedikdə, Türkmənistan qazını İrana ötürür, həmin qaz müqabilində İran Azərbaycana nəql etməlidir ki, Azərbaycanda bu qazı daxili və xarici bazara yönəltsin.

Göründüyü kimi bu bir müddət çəkdi, lakin hazırda Dövlət Statistika Komitəsi rəsmi rəqəmi açıqladı.

DSK-nın statistikanı hesabladıqda görünür ki, Türkmənistandan svopla alınan bu qazın hər 1 000 kubmetrinin qiyməti Azərbaycana aprel ayında ortastatistik olaraq 80 dollara başa gəlib. Azərbaycan isə apreldə təbii qazı xaricə ortastatistik olaraq hər 1 000 kub metrini 812 dollara satıb.

Bir həftə öncə açıqlandı ki, Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün illik həcmini indiki 2 milyard kubmetrdən 4 milyard kubmetrə çatdırmaq barədə razılığa gəlib.

Məlumata görə, ötən həftə İranın neft naziri Cavad Ovci Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşündə bu barədə Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki, ötən il İran, Azərbaycan və Türkmənistan hər il 1.5-2 milyard kubmetr türkmən qazının Azərbaycana svop tədarükü barədə razılaşma imzalamışdı.

 

Son xəbərlər
Digər xəbərlər