1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Türkmənistandan aldığı təbii qazın 1000 kub-metri üçün $140 ödəyir

BANKER.AZ — Azərbaycan 2022-ci ildən başlayaraq Türkmənistandan idxal etdiyi təbii qazın həcmini 857 milyon 66.65 min kub-metrə çatıb. Bu idxala görə Türkmənistana $ 110.87 mln. valyuta ödənilib.

Azərbaycan Orta Asiya ölkəsindən 2021-ci ildə Aşqabadda liderlərin svop anlaşmasından sonra təbii qaz almağa başladı. Belə ki, Türkmənistan İrana qazə nəql edir, həmin həcmdə qazı İran Azərbaycana nəql etməklə idxal baş tutmuş oldu.

2022-ci ilin aprelində ilkin idxal baş tutmuşdu və bu 151 mln. 966 min kub-metr olmaqla cəmi $12.16 mln. təşkil etmişdi. Təkcə 2022-ci ilin dekabr ayında 154 mln. 625 min kub-metr ($21.65 mln.) satın alıb. Bu barədə Dövlət Statistika Komitəsində qeyd edilir. Banker.az-ın hesablamalarına əsasən Azərbaycan apreldə Türkmənistan qazının hər 1000 kub-metrini $80 alsa da, növbəti aydan standart qiymətlə – $140 ilə alınıb.

Azərbaycan xaricə təbii qazı 2022-ci ildə orta statistik olaraq hər 1000 kub-m üçün $790-a ixrac edib.

Avropada təbii qaz qiymətləri 2022-ci ilin yanvarında Hollandiyanın TTF qaz habında hər meqavat-saatının qiyməti €81 olduğu halda, 2022-ci ilin avqustunda €340-a yüksəldi. Bu da hər 1000 kub-m üçün həmin dövrdəki məzənnə ilə $3 500-dan yüksəkdir. Beləliklə, 2022-ci ildə təbii qazın birjadakı qiyməti hər 1000 kub üçün $800-dən yuxarıda olundu.

Hazırda TTF habında hər megavat-saat üçün 50 avro, yaxud hər min kub üçün $550 üzərindədir.

 

 

Son xəbərlər
Digər xəbərlər