15 C
Baku
Monday, May 6, 2024

Azərbaycan Türkmənistandan keçən 1.52 milyard m³ svop qaz alıb – Bəs qiymətlər necədir?

— 1000 kub-metri 150 ABŞ dollarına idxal edilir, bu, ixrac qiyməti olan 155 dollara xeyli yaxınlaşmadır

— 2023-cü ilin aprelindən bu tərəfə “bahalı” Rusiya qazının alışı dayandırılıb.

Azərbaycan Qərbə qaz ixracını yüksəltmə yolunda özü də idxalı yüksəldir və 2023-cü ildə ümumilikdə iki Xəzəryanı ölkədən 2.332 mlrd. kub-metr mavi yanacaq alıb.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, 2022-ci ilin aprelindən başlanan idxal, əsasən də Türkmənistandan yüksələn xətlə gedir. Belə ki, Azərbaycan ötən il Mərkəzi Asiya ölkəsindən 1.517 mlrd. kub-m təbii qaz alıb. Bu da 2022-ci illə müqayisədə 77 faiz artımdır. İdxal edilmiş təbii qazın dəyəri $218.23 mln. təşkil edib.

Bununla belə, təbii qazı Azərbaycan Türkmənistandan stabil olaraq hər 1000 kub metr üçün 150 dollara alıb ki, bu da 2022-ci ildəki qiymətləri cəmi 10 dollar üstələyir.

Azərbaycan özü 2023-cü ildə qazı xaricə öncəki illə müqayisədə ucuz satıb. Məsələn, 2022-ci ildə təbii qazın hər 1000 kub metrini 790 dollara satırdısa, 2023-cü ildə bu rəqəm 514 dollara düşüb.

312312312312312312312312312321312312

Bu ucuzlaşmadan sonra təbii qazın idxal-ixrac dəyərində hər 1000 kub-m üçün cəmi 5 dollar müsbət saldo qalır.

Azərbaycan xaricə 2023-cü ildə 26.623 mlrd. kub metr və ya 13 mlrd. 678.34 mln. dəyərində təbii qaz ixrac edib.

Niderland habında təbii qazın hər meqavat saatı 2023-cü ildə 57.35 avro təşkil edirdisə, ilin sonunda 30.23 avro təşkil edib. 1 000 kub metrin 10.55 meqavat/saat təşkil etdiyini nəzərə alsaq, son qiymət ilin sonuna hər 1 000 kub-m üçün 319 avro və ya təqribən 350 ABŞ dolları təşkil edir.

Azərbaycan təbii qazın qalan 800.67 mln. kub metrini Rusiyadan idxal edib. Hansı ki, bu idxal artıq aprel qədər davam etdirilib, ondan sonra “qaz ventilləri” bağlı qalıb.

Qeyd edək ki, Bakıda 2022-ci il iyunun əvvəlində Azərbaycanla İran arasında anlaşma memorandumu imzalanıb. Burada Türkmənistandan Azərbaycana İran vasitəsilə təbii qaz nəqlinin iki dəfə artırılması nəzərdə tutulub.

Bakı və Aşqabad qazın svop tədarükünün bu il davam etdirilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə İran Milli Qaz Şirkəti (NIGC) məlumat yaymışdı.

NIGC-nin məlumatına görə, Türkmənistandan İran vasitəsilə Azərbaycana təbii qaz nəqli müvəqqəti olaraq dayandırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər