23 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan tütün məmulatlarının idxalını 6 dəfə azaldıb

Bu ilin yanvarında Azərbaycana 5 443,52 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-cü ilin birinci ayına nisbətən 27 864,62 min dollar və ya 6,1 dəfə azdır. Nəticədə, 2016-ci ilin yanvarı ərzində ölkəyə idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 1,23%-ni təşkil edib.gomruk

Hesabat dövründə Azərbaycandan 1 248,83 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 88,77 min dollar yaxud 6,64% azdır. Tütün və tütün əvəzedicilərinin 2015-ci ildə ixracı ölkənin ümumi ixracının 0,19%-nə bərabər olub.

 

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər