7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan ÜDM-i 111 mlrd. manat təşkil etdi

2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə 111 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 9,7 faiz artmışdır.

ÜDM istehsalının 52,9 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,9 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrinin, 14,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 11032,8 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər