2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Ukraynadan pul köçürmələrinin məbləğinə görə ilk 5-liyə daxil olub

2018-ci ildə Azərbaycan Ukraynadan banklar, ödəniş sistemləri və poçt vəsatəsi ilə həyata keçirilən pul köçürmələrinin məbləğinə görə ilk 5-liyə daxil olub.

Bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, Ukraynadan göndərilən pulların 6%-i Azərbaycana yönəldilib və ölkəmiz bu baxımdan Rusiya (36%) və Gürcüstandan (10%) sonra Çinlə (6%) 3-cü və 4-cü yerləri bölüşdürüb. 5-ci yerdə isə Özbəkistan (4%) qərarlaşıb. 

Ukrayna Mərkəzi bankı ötən il digər ölkələrdən köçürmə yolu ilə daxil olan pul vəsaitlərinin nisbətini də açıqlayıb. Siyahıya 17%-lik payla ABŞ liderlik edib. Növbəti yerlərdə İsrail (13%), Rusiya (9%), İtaliya (8%) və  Polşa (7%) qərarlaşıb. 

Tənzimləyici qurum həmçinin bəyan edib ki, 2018-ci ildə Ukrayna daxilində pul köçürmələrinin ümumi məbləği 2017-ci illə müqayisədə 24,3% artıb və 150,5 mlrd. qrivna (təxminən 9,5 mlrd. ABŞ dolları) təşkil edib. 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər