12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan və Banqladeş terrorçuluğun maliyyələşdirilməsinə qarşı birgə mübarizə aparacaq

Cari ilin 29 mart tarixində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (MMX) ilə Banqladeş Maliyyə Monitorinqi Orqanı arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının, əlaqəli predikat cinayətlərin və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına (ƏL/TMM) dair Anlaşma Memorandumu imzalanıb.

Banker.az xəbər verir ki, memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına doğru irəliləmək, habelə ƏL/TMM sahəsində səmərəli və effektiv məlumat mübadiləsini inkişaf etdirməkdir. Bununla da, iki ölkə arasındakı mövcud olan diplomatik münasibətlər ƏL/TMM sahəsində də dərinləşəcək, yeni, daha sıx mərhələyə qədəm qoyacaq.

Qeyd edək ki, Memorandum MMX-nin İdarə Heyətinin sədri cənab Zaur Fətizadə və Banqladeş Maliyyə Monitorinqi Orqanı rəhbəri cənab Masud Bisvas tərəfindən imzalanıb.

Son xəbərlər
Digər xəbərlər