11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan və İran dəmir yollarının bilet satışı sistemlərini uyğunlaşdırırlar

Bu gün Naxçıvan Muxtar Respublikasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, görüşdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarrının istifadəyə verilməsi üçün təşkilati işlərin həlli, İran Dəmir Yolları tərəfindən Azərbaycan Dəmir Yollarına məxsus yük vaqonlarının birgə istifadəsi, Rəşt-Astara dəmir yolu bağlantısının tikilməsi üçün maliyyə mənbələrinin araşdırılması məsələləri müzakirə olunub.

C. Qurbanov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması  prosesində görülən işlərdən, gələcəkdə Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının istifadəyə verilməsi məsələlərindən danışıb. İran Dəmir Yollarının İdarə Heyətinin üzvü Abbas Hajfathaliha müzakirə edilən məsələlər barədə  fikirlərini bildirib. Azərbaycan və İran dəmir yolları mütəxəssislərinin mart ayı ərzində təkərdəyişmə məntəqəsinin yerləşdiyi Culfa stansiyasında birgə araşdırmalar aparması, Azərbaycan və İran dəmir yollarının sərnişin bilet satışı sistemlərinin uyğunlaşdırılması imkanlarının araşdırılıb müzakirəyə çıxarılması və növbəti görüşün aprel ayında keçirilməsi qərara alınıb.

APA

Son xəbərlər
Digər xəbərlər