12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan və Pakistan biznes üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib

Azərbaycan və Pakistan biznes sektorunda nümayəndə heyətlərinin mübadiləsi üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib.

Bu barədə razılıq Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Senat sədrinin müavini Syedaal Xan (Syedaal Khan) ilə keçirdiyi görüşdə əldə olunub.

Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı perspektivlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər, ikitərəfli münasibətlər və regionun ümumi vəziyyəti müzakirə edilib.

“Pakistan və Azərbaycan arasında iqtisadi-ticarət, investisiya, enerji, müdafiə, kənd təsərrüfatı və təbii sərvətlər sahələrində əməkdaşlığın artırılmasına ehtiyac var. İkitərəfli investisiya və ticarətin təşviqinə təcili ehtiyac var və iqtisadi əməkdaşlığı artımaq üçün mövcud maneələrin aradan qaldırılması lazımdır. Biznes nümayəndə heyətlərinin mütəmadi mübadiləsi ticarət və investisiya imkanları arta bilər. Pakistan, xüsusən Bəlucistan əyaləti mineral sərvətlərlə zəngindir və bu regionun taleyinin dəyişdirilməsində mühüm rol oynayacaq.”- Syedaal Xan bildirib.

Xəzər Fərhadov qeyd edib ki, Azərbaycan Pakistanla əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər